Futbolda bu qaydalar dəyişdirildi - FOTO

İDMAN
20:13 / 08.06.2021
2282

Futbol qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyudan kənar vəziyyət və əllə oyun qaydalarında dəyişiklik edib.

Sports.ru xəbər verir ki, bundan sonra çiyin bədənin qol vurula bilən hissə kimi qəbul ediləcək. Müvafiq olaraq, top çiyinə dəyən zaman əllə oyun sayılmayacaq.

Həmçinin, artıq bundan sonra oyundan kənar vəziyyət zamanı futbolçuların əlləri və qollarından fərqli olaraq, çiyinləri hesaba alınacaq.

Yeni qaydalara əsasən, çiyin nahiyəsinin sərhədi qolaltı çökəyinin aşağı həddi ilə məhdudlaşdırılır.

0
oxu.az