İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə HİT.az-a Səbail rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.
20:24
Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.
Yenisabah.az xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.
Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.