Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan seçiciləri pulla ələ alır.
HİT.Az xəbər verir ki, bu iddia ilə Seçkilərə Nəzarət Komitəsinin nümayəndəsi, bitərəf deputat Naira Zöhrabyan çıxış edib.
O bildirib ki, iyunun 4-də qubernator icmalara 41.1 milyon dram (75 min dollardan artıq) maliyyə vəsaiti ayırıb. Deputatın sözlərinə görə, bu barədə naməlum səbəblərdən inzibati rəhbərliyin saytında heç bir qeyd yoxdur.
“Hesab edirik ki, bu, gizli şəkildə seçiciləri ələ almaqdır”, - deyə Zöhrabyan əlavə edib.
VÜQAR