"İlham Əliyev Paşinyanı barmağına dolayandan bəri..." - Ermənistanda qsrşıdurma

DÜNYA
12:20 / 12.06.2021
2606

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan “Şərəfim var” blokunun seçkiqabağı kampaniyası zamanı Baş nazirin səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib.

HİT.Az xəbər verir ki, Sərkisyan Paşinyanı axmaq adlandırmaqdan belə çəkinməyib.

“Yəqin ki, Azərbaycanın Prezidenti İlham Əliyevin bu axmağı (Paşinyan nəzərdə tutulur - Red) barmağına doladığı, həmin o liftdəki görüşü xatırlayırsınız. Bax həmin vaxtdan Ermənistanın təhlükəsizlik sistemi çökməyə başladı”, - deyə keçmiş prezident bəyan edib.

Onun sözlərinə görə, həmin dövrdə Paşinyanın komandası xalq arasında Ermənistanın Qarabağdan imtina etməsi və insanların sülh şəraitində yaşaması barədə təbliğat aparırdı. "Bu tezis onlar hakimiyyətə gələn kimi ortaya çıxıb”, - deyə Sərkisyan vurğulayıb.

Keçmiş prezidentin sözlərinə əsasən, Ermənistanın döyüşə hazır ordusu yoxdursa, o zaman təhlükəsizlik sistemi də olmayacaq.

"Bunların orduya komandanlıq etmək imkanları olduğu müddətdə bu ordu döyüşə hazır ola bilməz", - deyə o əlavə edib.

VÜQAR

1