"Paşinyan geri çəkilməlidir" - Ölkədə siyasi böhran dərinləşir

DÜNYA
14:51 / 14.06.2021
1767

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin vəzifəsini icra edən Suren Papikyanın Eçmiədzin (Üçkilsə) bölgəsinin bələdiyyə sədri Diana Qasparyanla telefon danışığı erməni ictimai-siyasi seqmentinin əsas müzakirə mövzusuna çevrilib. 

HİT.Az xəbər verir ki, Qasparyan Papikyanla telefon danışığında Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qeyri-stabil davranışından şikayətlənib. O bildirib ki, ölkənin siyasi böhrandan çıxması üçün Paşinyanın geri çəkilməsi zəruridir. Papikyan isə bələdiyyə sədrini təmkinli olmağa çağırıb. 

Bu telefon danışığı ictimailəşəndən sonra Paşinyanın komandasında gərginlik yaranıb. Onun əleyhdarları isə faktdan maksimum yararlanmağa başlayıblar. Artıq Paşinyanın ruhi-psixoloji durumunun qeyri-sabit olması barədə məlumatlar yayılır. 

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Armen Muradyan isə qalmaqallı telefon danışığına şərh vermək istəməyib. “Burada şərh ediləsi bir şey yoxdur”, - deyə o bildirib. 

VÜQAR

0