Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Yusif İsparov erməni rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi Yusifə 3-cü yeri tutmaq şansı verib.
Cavid Cavadov ilk mərhələdə moldovalı rəqibindən güclü olub. Cavadov 1/4 finalda Ukrayna idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Ermənistan güləşçisi üzərində böyükhesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi adını finala yazdırıb.
Abdulrəhman İbrahimov debütdə ukraynalı güləşçi üzərində inamlı qələbəyə sevinib.
Həmyerlimiz daha sonra türkiyəli pəhləvanı üstələyib. İbrahimov Polşa təmsilçisinə də aman verməyərək yarımfinala yüksəlib. Gürcüstan idmançısını "tuşe” ilə yolundan kənarlaşdıran Abdulrəhman finala vəsiqə qazanıb.
Sadiq Mustafazadə 1/8 finalda Moldova idmançısıyla gərgin keçən mübarizədə xalların keyfiyyətinə görə xalçadan məyus ayrılıb.
Vüqar Həsənov startda rumıniyalı həmkarıyla bacarmayıb.