Paşinyan seçki günü təxribata hazırlaşır 

DÜNYA
12:52 / 18.06.2021
1837

Ermənistanda seçki günü təxribatlar baş verəcək.

HİT.Az xəbər verir ki, bu barədə “Hrapark” qəzeti yazıb. Məlumatda iddia edilir ki, təxribatların təşkilatçısı Paşinyan hakimiyyəti olacaq.

“Ermənistanın inzibati resurslarına göstəriş verilib ki, Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının seçiciləri saat 12.00-a qədər səs verməlidir. Çünki bundan sonra Paşinyanın tərəfdarları təxribat təşkil edəcəklər. Bu təxribatlar əhalidə qorxu yaratmaqla onların evdən bayıra çıxmamasına nail olmaq məqsədi daşıyır. Bu halda Paşinyanın qələbəsi qaçılmaz olacaq”, - məlumatda deyilir. 

VÜQAR

0