Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçildi

İDMAN
14:00 / 18.06.2021
2097

15 iyun - Milli Qurtuluş Günündə, Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi imzaladığı bir gündə ölkə idmanı adına da qürurverici zəfər yaşanıb.

Gənclər və İdman nazirliyindən HİT.Az-a verilən məlumata görə, iyunun 15-də Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

Yeni postu ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş gününə və eyni zamanda Azərbaycan Prezidenti  İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib.

Qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək. 5 il müdddətinə seçilən Azər Həsənovun yaxın tarxilərdə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçiriləcək.

0