Bakıda mikroavtobus qəzaya uğrayıb - yaralılar var

ÖLKƏ
21:30 / 18.06.2021
1364

Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

Hit.az xəbər verir ki, hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.

“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı aşdırma aparılır.(apa.az)

0