Alimlər koronavirusu saniyələr içində müəyyənləşdirən cihaz hazırlayıb

TEXNO
22:30 / 18.06.2021
1485

Türkiyəli alimlər koronavirusu saniyələr içində aşkarlayan və 90 faizdən çox düzgün qərar verən “elektron burun” sistemi yaradıblar.

Bu barədə “Haber Global” xəbər verib.

Cihaz xəstəxanalara PCR testləri vermək üçün gələn 300 könüllü üzərində sınaqdan keçirilib. Könüllülərdən şar üfürülməsi istənilib. Orada toplanan nəfəslər cihaza ötürülüb. Beləliklə, “e-burun” vasitəsi ilə ağciyərlərdə olan kimyəvi aktivlik müəyyən olunub. Sonra alınan cavablar pasiyentlərin PCR testinin nəticələri ilə müqayisə olunub. Bu zaman cihazın 90-95 faiz düzgün nəticələr göstərdiyi müəyyənləşib.

Alimlər onu da vurğulayıb ki, “elektron burun” sisteminin xərçəng kimi bir çox xəstəliyin aşkarlanmasında da istifadə edilə bilər.

0