Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub.
HİT.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.
Nazirin digər əmrinə əsasən, Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.