Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb.
Bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
Onun yerinə müvafiq əmrlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədovun təyin edildiyi bildirilir. TƏBİB-dən Xoşbəxt Ağayevanın işdən çıxarıldığı təsdiqlənilsə də, yeni təyinatın gerçəkləşmədiyi bildirilib. /Qafqazinfo
							
							
							
							
				
							
						
						
						
										
										
										
										
										
										
										
										
