Koçaryan məğlubiyyətini qəbul etmir – Məhkəməyə müraciət edəcək

DÜNYA
15:37 / 21.06.2021
1759

“Ermənistan” Bloku iyunun 20-də keçirilən parlament seçkilərinin nəticələrini qəbul etmir. 

HİT.Az xəbər verir ki, bu barədə “Ermənistan” Blokuna daxil olan “Dirçələn Ermənistan” Partiyasının sədri Vaqe Akopyan bildirib.

Onun sözlərinə görə, nəticələrin ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 71, “Ermənistan” Bloku 27, “Şərəfim var” bloku isə 7 yer qazanıb.

VÜQAR

3