Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi vaxt açıqlanıb.
Bu barədə HİT.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən məlumat verilib.
Qurumdan bildirilib ki, ünvanlı dövlət sosial yardımının ödənilməsi iyun ayının 25-nə nəzərdə tutulub.