Bakıda “VAZ" aşdı - Ölən var

ÖLKƏ
13:00 / 24.06.2021
1564

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən HİT.Az-a verilən xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində paytaxt sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1