2021/22 mövsümündən səfər qolu qaydası ləğv olunub.
HİT.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat verib.
Bildirilib ki, UEFA-nın bütün klub yarışlarında 90 dəqiqə ərzində qalib müəyyənləşməsə, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.