Qurban Qurbanov: “Futbol kasıbların oyunudur”

İDMAN
17:50 / 27.06.2021
2011

“Statistika göstərir ki, 95 faiz futbolçu dərslərini yaxşı oxumayıb. Dünya futbolunda tək-tük oyunçu var ki, yüksək elm sahibi olub”.

Bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı əvvəllər futbolla məşğul olan insanların təhsili ikinci plana atdıqlarını bildirib. Ancaq onun sözlərinə görə, son vaxtlar bu proses dəyişib: “Artıq elm sahibi olmaq, dərsləri yaxşı oxumaq güclü futbolçu olmağı daha da tezləşdirir. Akademiyalarda futbolçuya təhsil verirlər. Görünən odur ki, futbolun getdikcə çətinləşməsi elmlə bağlıdır. Kobud səslənsə də, əvvəllər futbolçular savadsızlardan çıxırdısa, bu idman növü get-gedə savad, hətta riyazi elm tələb edir. Heç kimə tövsiyə etməzdim ki, “mən futbolçu olacağam”, deyib, dərslərindən uzaq düşsün. Elm çox vacibdir. Hər futbola gedən bu işin peşəkarı olmur. 20 yaşında həm futbolu atsa, həm də elmsiz qalsa, onun üçün çətin olar”.

O bildirib ki, futbolçuların elmi ilə yanaşı, bu işlə məşğul olan hər kəsin öz sahəsinin peşəkar olması çox vacibdir: “Təkcə məşqlə iş bitmir. Sağlam həkimimiz, məşqçimiz, masajçımız olmasa, futbolçu matça düzgün hazırlaşa bilməz. Futbol böyük elmdir. Mən bu gün öz işimdən narazıyam, çünki çatışmazlıqlar var. Çalışırıq pillə-pillə aradan qaldıraq. Futbolda hərtərəfli çox geridəyik. Elmin gücü ilə bu prosesi tezləşdirə bilərik. Futbol kasıbların oyunudur. Hər oyunçunun imkanı, şəraiti yaxşı olsa, görün neçə ailə yaxşı dolanar. Ona görə narahatam ki, futbolumuz zəifləməyə başlayıb. Bunun qarşısını mütləq almaq lazımdır. Buna da sevgi olmalıdır”.

0