Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib.
Hit.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
1/8 final mərhələsində dünya çempionatının son qalibi Fransanı mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan İsveçrə yığması bu dəfə İspaniya millisi ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar ilk yarımfinalçı olublar.
Digər matçda turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gələcəklər. Komandaların heyətlərində cəzalı futbolçu yoxdur. Oyun Almaniyanın Münhen şəhərində keçiriləcək
1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.
AÇ-2020, 1/4 final mərhələsi
2 iyul
İsveçrə – İspaniya 1:1 (penaltilər 1:3)
23:00 Belçika – İtaliya
3 iyul
20:00 Çexiya – Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
23:00 Ukrayna – İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)