Krediti olanlara ŞAD XƏBƏR!

İQTİSADİYYAT
16:06 / 04.07.2021
3274

Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.

Deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır:

"Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir".

Deputat qeyd edib ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif edib.

0
Modern.az