69 yaşlı azərbaycanlı aktyor: "Üzümdə korreksiya etdirmişəm, cinsimi dəyişməmişəm"

MAQAZİN
21:56 / 05.07.2021
1967

"Sadəcə üzümdə korreksiya etdirmişəm, cinsimi dəyişməmişəm".

Milli.Az xəbər verir ki, bunu lent.az-a açıqlamasında Əməkdar artist Vahid Əliyev deyib.

69 yaşlı aktyor üzündə etdirdiyi dəyişikliklərdən söz açıb: 

"Plastik əməliyyat etdirməmişəm. 3-4 il öncə ağzıma protez qoyduranda stomatoloq səhlənkarlıq etmişdi, alt çənəm irəli gəlmişdi. Sadəcə çənəm korreksiya edildi, yerinə salındı. 47 il teatr səhnəsində olduğuma görə, üz mimikalarımda problemlər var idi. Ona görə də həmin  qırışlara kök hüceyrələri köçürdülər. Kök hüceyrə qarın piyindən götürülüb, laboratoriyada onu qan halına çatdırırlar, sonra da bədənin qocalmış hissələrinə vururlar. Sadəcə siqaret çəkdiyimə görə, üzümdə qurulaşma var. Ona görə etdirdim. Bundan sonra cavanlaşmağımın nə mənası? Sadəcə göz ətrafıma və qaşımın arasına iynə vurulub. Sonda onu demək istəyirəm kİ, atamın kim olduğunu bilirəm. Mən bilirəm kişilik nə olan şeydi. Kişi həyatda kimdi. Mən bilirəm ki. Azərbaycan oğluyam".  

1