Mourinyo Ronaldu ilə xoşagəlməz xatirəsini danışdı

İDMAN
23:45 / 05.07.2021
1438

Portuqaliyalı məşqçi Joze Mourinyo "Real”da birlikdə çalışdıqları zaman Kriştianu Ronaldu ilə bağlı xoşagəlməz məqamları açıqlayıb.

Bu barədə Gazeta.ru yazıb.

Mourinyo eqolu oyunçuları sevmədiyini, şəxsi məqsədləri komandadan üstün tutan futbolçularla həmişə problem yaşadığını qeyd edib.

"Biz iki heç-heçədən sonra "Valensiya” ilə oynayırdıq. Ronaldu Joau Pereyranı keçmək istəyəndə topu itirdi, rəqib az qala fərqlənəcəkdi. Oyundan sonra mən ona dedim ki, iki heç-heçədən sonra 2:0 hesablı qələbə 2:1-dən fərqlənir. Dediklərim onun xoşuna gəlmədi”, - deyə məşqçi bildirib. (oxu.az)

0