Azərbaycan və Ermənistan sərhədində rus hərbçiləri yerləşdiriləcək - İDDİA

SİYASƏT
11:18 / 07.07.2021
1614

Azərbaycan və Ermənistan sərhədinə rus sərhədçilərinin yerləşdirilməsinə hazırlıq gedir. 

HİT.Az xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Məlumatda bildirilir ki, rus sərhədçiləri Geqarkun rayonundan başlamış İran sərhədinə qədər bütün ərazini qoruyacaqlar. Erməni mətbuatına məlumat verən mənbə deyib ki, sərhəddə yerləşdiriləcək hərbçilər Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının əsgərləridir. “Onlar bundan sonra rus sərhədçilərlə birlikdə sərhədləri qorumaqla məşğul olacaqlar”, - məlumatda bildirilir.

Rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdiriləcəyi ilə bağlı məlumat əvvəldən var idi. Hələ bir xeyli əvvəl Geqarkun rayonunun qubernatoru Qnel Sanosyan bildirmişdi ki, Ermənistanla Rusiya arasında sərhədlərin qorunmasına dair danışıqlar gedir. Onun sözlərinə görə, razılaşma əldə olunarsa, ruslar Geqarkundan Sünikə qədər ərazini, həmçinin Gorusun şimalını və Xoznavarı da qoruyacaqlar. Qubernatorun açıqlamasını sonra Ermənistanın baş qərargah rəisi Artak Davtyan da təsdiqləmişdi.

Görünən odur ki, Ermənistan və Rusiya arasında gedən danışıqlar başa çatıb və tərəflər razılaşıblar.

VÜQAR

1