"Deyəsən, biz, həqiqətən də, axmağıq" - Klub prezidenti

İDMAN
18:39 / 25.05.2020
1345

"Lion"un prezidenti Jan-Mişel Olas "L'Equipe" nəşrinə açıqlamasında, Fransa Liqa 1-də mövsüm erkən başa çatdırılmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, funksioner fransız rəsmilərin düzgün qərar qəbul etmədiyini düşünür:

"İspan rəsmilər son iki ay ərzində vəziyyəti izlədilər və UEFA ilə birlikdə işlədilər. 23 apreldə Tebasın (La Liqa prezidenti - Fanat.Az) olduğu iclasda Kilyo (Liqa 1-in baş direktoru - Fanat.Az) da iştirak etmişdi. Konfransda UEFA rəhbərliyi hamıya demişdi: "Səbirli olun".

Amma bizim rəsmilər fərqli qərar qəbul etdilər. Deyəsən, biz, həqiqətən də, axmağıq".

0