Məşhur azərbaycanlı bloger Bakıda AA nömrəli maşınla... - VİDEO

MAQAZİN
09:21 / 09.07.2021
3987

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.

Bu barədə bloger özü şəxsi "Instagram" hesabında məlumat verib.

Hüseyn Bakının mərkəzində izdihamla qarşılanıb və hər kəs onunla şəkil çəkdirmək üçün bir-biri ilə yarışıb. 

Bloger şəhərdə AA nömrəli maşınla gəzintiyə də çıxıb. 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında Hüseyn Həsənovun polis tərəfindən saxlanıldığı haqda xəbərlər yayılmışdı. Buna səbəb kimi "Lamborghini" markalı maşını sərxoş halda sürməsi və tibbi yoxlanışdan keçməkdən imtina etməsi göstərilmişdi.

0
BAKU.WS