Yoluxanların sayı artdı - Günün statistikası 

ÖLKƏ
16:33 / 09.07.2021
1712

Azərbaycanda bu gün koronavirus infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

HİT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 2 nəfər dünyasını dəyişib. 

Bu gün koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

0