Emin Ağalarov retro avtomobili ilə...

ÖLKƏ
14:34 / 10.07.2021
845

Sosial şəbəkədən aktiv istifadə edən Xalq artisti Emin Ağalarov bu dəfə də yeni paylaşımı ilə diqqət çəkib.

HİT.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında retro avtomobili ilə çəkilən fotosunu yayımlayıb. Sənətçinin “Buick Riviera” markalı maşını 1971-ci il istehsalıdır.

Ağalarovun bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib. Onlar paylaşıma “Maşın sahibindən 8 yaş böyük olduqda”, “Bu avtomobildən çox xoşum gəldi”, “Avtomobil kolleksiyanızı artırmağa davam edirsiniz?” kimi rəylər yazıblar.

Fotoya 24 mindən çox “like” gəlib.

1