"Qarabağ" - "Arsenal" matçının başlama saatı açıqlandı

İDMAN
15:37 / 10.07.2021
1884

"Qarabağ"ın Avstriyada Rusiyanın "Arsenal" (Tula) komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.

HİT.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın MOİK (Sofiya) kollektivini 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son oyununda Almaniya "Auqsburq"u ilə üz-üzə gələcək. Bu görüş iyulun 15-də olacaq.

0