Bərdədə ağır QƏZA: Ölən və yaralananlar var

ÖLKƏ
19:04 / 10.07.2021
1236

Bərdədə 2 minik maşını toqquşub.

Hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.

0
Apa.az