Ağdamda polis reyd keçirdi - VİDEO

ÖLKƏ
18:25 / 14.07.2021
1292

Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma və “Təmiz Hava” aylığı qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Yol Polisi əməkdaşları rayonun Quzanlı qəsəbəsi ərazisində dayanma-durma və parklanma qaydalarını pozan sürücülərlə profilaktik söhbətlər aparıb. Qaydaları kobud şəkildə pozan 20-dən çox sürücü barəsində inzibati protokollar tərtib olunub.

Rayon ərazisində hərəkət edən avtomobillərdə havaya normadan artıq zərərli qazların buraxılması aşkar edilib və sürücülər inzibati qaydada cərimələniblər.

Reyd çərçivəsində sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

 

0