Millimizin müdafiəçisi Bəhlul Mustafazadə BƏƏ-nin "Əl-Əyn" klubu ilə müqavilə imzalamağa hazırlaşır.
HİT.Az "Azerisport.com"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu yeni klubu ilə şəxsi müqaviləsinin detalları üzrə danışıqlar aparır.
Qurban bayramından sonra tərəflər arasında sözləşməyə imza atılacaq.
Mənbə bilidirir ki, Bəhlulun sabiq klubu "Sabah" futbolçunun transferindən təxminən 1 milyon manat əldə edib.
Qeyd edək ki, "Əl Əyn" BƏƏ çempionatında ən çox titula sahib olan klubdur. Komanda 13 dəfə ölkə çempionu adını qazanıb.