Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Kəlbəcər və Laçın rayonlarında ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib.
HİT.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib.
İclasda həmçinin bildirilib ki, razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.