Əməkdar artist: “Yanımda hər dəqiqə bir insan ölürdü, xəstəxanadan qaçmaq istədim”

MAQAZİN
19:30 / 19.07.2021
2138

Əməkdar artist Mətanət İsgəndərli koronavirusa yoluxduğu zaman yaşadığı ağır günlərdən danışıb.

Qaynarinfo xəbər verir ki, ifaçı "ATV Maqazin Onlarla” verilişinə müsahibəsi zamanı heç vaxt sağalmayacağını zənn etdiyini deyib:

"Allahdan möhlət istəyirdim ki, gedim öz vətənimdə ölüm. Həmin an hər dəqiqə ölümlə üz-üzə idim. Hər şey boş görünürdü. Çox çətin anlar yaşadım. Orada bir azərbaycanlı həkim tapdım. Dedi ki, mən sizi evdə sağaldacam. Hər gün gəlib 200 dollar alıb gedirdi. Gün keçdikcə görürdüm ki, vəziyyətim pisləşir. Həmin vaxt dırnağımda boya var idi. Fikirləşdim birdən ölərəm bunu silim. Daha sonra vəziyyətim tamam ağırlaşdı. Nəfəs ala bilmirdim. Reanimasiyaya yerləşdirildim. Yanımda hər dəqiqə bir insan ölürdü. Xəstəxanadan qaçmaq istədim. Ayağa qalxanda gördüm ki, taqətim qalmayıb həmin dəqiqə yıxıldım”.

2