Qarşısını ala bilmirəm, nə etməliyəm? - Qızını zəncirləyən ana (VİDEO)

ÖLKƏ
23:55 / 23.07.2021
2767

Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü gənc qız zorakılığa və istismara məruz qalıb. Belə ki, onun anası gənc qızı ayağından zəncirlə evə bağlayıb.

Hit.az xəbər verir ki, "Baku TV" əməkdaşları gənc qızın anası ilə söhbət edib.

O bildirib ki, qızına heç bir şiddət göstərməyib.

“Qarşısını ala bilmirəm, nə etməliyəm? Hər şeyini alıb gətirirəm, deyirəm çölə çıxma, çıxır”, – deyə, gənc qızın anası deyib.

1