Vaqif Sadıqov vəzifəsindən geri çağırıldı - Yeni təyinat

ÖLKƏ
14:04 / 26.07.2021
2543

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

HİT.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Vaqif Sadıqov Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1