Bakıda maşın karantin postuna ÇIRPILDI

ÖLKƏ
09:39 / 28.07.2021
1498

Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində “Shacman” markalı yük maşını yol kənarındakı karantin postuna çırpılıb.

HİT.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0