Azərbaycana 4 ayda 1,6 mlrd. manat gəlib

İQTİSADİYYAT
13:14 / 25.05.2020
1214

Bu ilin yanvar-aprel ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına 1565,2 mln. manat sərmayə qoyulub.

HİT.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1371,7 milyon manatı (87,6%-i) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, İsveçrə, Norveç, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

0