“Yuventus”un futbolçusu Hamza Rafia koronavirusa yoluxub.
Hit.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
Rafia və onun çıxış etdiyi U-23 komandası karantinə alınıb. Karantinə alınan futbolçulardan yenidən test götürüləcək. Nəticəsi mənfi olan oyunçular karantindən çıxarılacaq.