Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində - FOTO

DÜNYA
14:03 / 31.07.2021
1672

Xəbər verdiyimiz kimi, Azərbaycan FHN-nin bir qrup əməkdaşı qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi prosesinə cəlb olunub.
 
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almağa çalışırlar.
 
Hazırda bu bölgə yanğının ən qaynar məntəqələrindən sayılır.
 
Son məlumatlara əsasən, yanğın Marmaris-Datca magistralına qədər genişlənib. Magistralda nəqliyyatın hərəkəti dayandırılıb.
 
Qeyd edək ki, Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət qrup qardaş ölkəyə göndərilib. 

 

0
Modern.az