Marmarisdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb - FHN

DÜNYA
22:19 / 03.08.2021
1492

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

HİT.az-a bildirilib ki, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

 

0