14 minlik oğurluq edən şəxs ələ keçdi

ÖLKƏ
20:32 / 05.08.2021
1466

Sabunçu rayonunda evlərin birindən 6 min manat məbləğində pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hit.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Həmçinin oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0