Yanğınsöndürənlər Antalya əyalətindəki Manavqat şəhəri yaxınlığındakı yanğını tamamilə lokallaşdırmağa nail olublar.
Bu barədə TASS Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirliyə istinadən məlumat yayıb.
“Manavqat və Gündoğmuş regionundakı yanğınlar nəzarətə götürülüb. Yanğının söndürülməsi üzrə işlər davam edir”, - deyə nazir bildirib.