Ölkələr üzrə virusun bitəcəyi tarix açıqlandı - CƏDVƏL

DÜNYA
14:52 / 25.05.2020
1791

Dünyada koronavirusa yoluxanların sayının 5,5 milyonu keçdiyi bir zamanda Sinqapurdan olan mütəxəssislərin hazırladığı süni intellekt COVİD-19-un bitəcəyi zamanı açıqlayıb.

Sinqapurun Texnologiya Universitetinin mütəxəssislərinin hazırladığı süni intellekt müxtəlif ölkələrlə bağlı təxminlərini verib. Siyahı hazırlanarkən həmin ölkədəki gündəlik yolxuma, ölü və sağalanların sayı diqqətə alınıb. Araşdırmanı aparan qrup COVİD-19-la bağlı hələ də müəmmalı məqamların olduğunu bildirib. Qeyd olunub ki, bu şərtlər daxilində nəticələrin 100 faiz doğruluğunu söyləmək mümkün deyil, çünki süni intellekt məhz rəsmi verilən rəqəmlərə əsasən cədvəl hazırlayıb.

Cədvələ əsasən, virus Türkiyədə 120 gün, ABŞ-da 180 gün, Braziliyada 200 gün, Səudiyyə Ərəbistanında 120 gün, Rusiyada 130 gün, İspaniyada 100 gün sonra bitəcək.

Bu taix 6 maya qədər ölkələrin açıqladığı rəqəmlər əsasında hazırlanıb.

 

0
Cebhe.info