34 yaşlı argentinalı hücumçu Lionel Messi “Barselona” futbol klubunu tərk etdiyinə görə, komanda 137 milyon dollar itirəcək.
Hit.az xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.
Hesablamalara görə, Kataloniya klubu yaxın bir neçə ildə Messinin köynəklərinin və digər marketinq məhsullarının satışından bu qədər gəlir əldə edə bilərdi.
Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyulun 1 -də başa çatıb. Onun iki illik müqavilə imzalayaraq karyerasını Fransanın PSJ klubunda davam etdirəcəyi gözlənilir.