Erməni əsgərlərinin cəsədləri Azərbaycanın bu rayonlarında tapıldı

ÖLKƏ
19:40 / 10.08.2021
1753

Bu gün Füzuli və Xocavənd rayonlarının ərazisində müharibə zamanı məhv edilən erməni hərbi qulluqçuların axtarış işləri həyata keçirilib.

Hit.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarışlar zamanı 3 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.

ƏTRAFLI
Orbit
Cəsədlərdən ikisi Füzuli, biri isə Xocavənd rayonundan tapılıb. Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdə 1634 erməni hərbi qulluqçunun cəsədi aşkar edilib

0