Ağstafanın Dağ Kəsəmən kəndi yenilənir - FOTOLAR

ÖLKƏ
23:27 / 11.08.2021
1711

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Dağ Kəsəmən kəndinə səfər edib.

HİT.az xəbər verir ki, icra başçısı kənddə həyata keçirilən abadlıq, yenidənqurma işləri çərçivəsində yenidən qurulan mərkəzi avtomobil yolunda, eləcə də kəndin ərazisində Ağstafaya girişi ifadə edən lövhənin tikintisindəki son tamamlama işlərini nəzərdən keçirib. 

Seymur Orucov eyni zamanda sakinlərin təklif və fikirlərini öyrənib, inşaat işlərinə dair müvafiq tövsiyələr verib.

0