Azərbaycanlı iş adamı gənc rəssamın əsərinə 10 min dollar ödədi

FOTO
22:34 / 12.08.2021
2185

Rusiyada yaşayan, məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov Türkiyənin Marmaris bölgəsinə şəxsi gəmisi ilə gəlib.

Hit.az-ın məlumatına görə, 62 yaşlı iş adamı  rəsm çəkib satan türkiyəli gənc rəssam Güçlü Kadir Yılmazın əl işini bəyənib.  Onun rəsmlərindən birinə 10 min dollar ödəniş edərək alıb.
Qeyd edək ki, o dünyanın ən məşhur kolleksiyaçılarından biri, "sənət patronu" və "istedad ovçusu" kimi tanınır.

0