Kəlbəcərdə minik maşını aşdı, 3 nəfər xəsarət aldı

ÖLKƏ
23:49 / 14.08.2021
947

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az xəbər verir ki, rayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

0