AzTV-nin əməkdaşına vəzifə verildi - FOTO

ÖLKƏ
11:10 / 16.08.2021
3032

İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

HİT.az xəbər verir ki, bu vəzifəyə Orxan Cabbarlı təyinat alıb.
 
Orxan Cabbarlı uzun illər "İctimai TV”-də işləyib.
 
Bu təyinata qədər isə AzTV-də "Təhsil üçbucağı" verilişinin aparıcısı olub.

"Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəhbəri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mətbuat katibi təyin edilib.

1