Ermənistanda son sutka ərzində 452 nəfər koronavirusa yoluxub.
Ermənistan mediası xəbər verir ki, bu göstərici ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.
Ötən sutka ölüm halı isə 6 olub.
Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı ümumilikdə 7113 nəfərə, ölənlərin sayı isə 87 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 3145 nəfərdir.
Azsabah.com