Əhalinin narazılığına səbəb olan sürücü həbs edildi - FOTO

ÖLKƏ
10:31 / 21.08.2021
1465

Gədəbəydə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, rayon sakini Elşən Abbasov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədər hadisə yerindn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. 

Həmin şəxs barəsində DYP-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.

0